Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Nazirliyin “X” hesabında yazılıb.
“Azərbaycan Gürcüstan ilə yaxın tərəfdaşlıq və qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir”, – deyə bildirilib.



