Xəbərlər

Azərkosmosun ixrac gəlirləri 48 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Kosmik Agentlik (Azərkosmos) 19,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

“Füyuzat” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Sənədə əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 48,5 % çoxdur.