Yüngülcə uçarkən qar dənəciyi,
Parlaq bir ulduztək axdığı yerdə,
Toxunsan, əriyər göz yaşı kimi,
Qayıtmaz əvvəlki şuxluğu bir də.
Biz tutmaq istərik tərslik edərək
Şəffaf meduzanı sevib könüldən.
O isə zəncirə düşmüş əsirtək
Soluxar qəfildən, ölər qəfildən.
Xəyal yox, gerçəklik sanmaq istəsək
Uçuşan o səyyar kəpənəkləri,
Hanı libasları? Barmağımızda
Onlardan sübh rəngli toz qalar geri!
Qoy uçsun kəpənək, qar dənəciyi,
Boğma meduzanı qumlar üstə sən!
Arzunu əlinlə qapmaq imkansız,
Arzunu əlində tuta bilməzsən!
Tərcümə: Məhəmməd Nuri



