Hazırkı Amerika administrasiyasının rəhbəri Co Bayden ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Qəzza zolağında atəşkəs razılaşması üzrə danışıqların gedişatını müzakirə etmədiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, o bu barədə cümə axşamı MSNBC telekanalına müsahibəsində bildirib.
Bayden əlavə edib ki, keçid prosesini müzakirə etmək üçün noyabrın 13-də Ağ Evdə Trampla görüşündə məsələyə “çox qısa” toxunub.
“Mən ona nə etdiyimi və nələrin baş verə biləcəyini söylədim” , – Bayden bildirib.