ABŞ-ın hazırkı prezidenti Co Bayden və Papa Fransisk cümə axşamı telefon danışığında sülhü təşviq etmək səylərini müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin yazılı bəyanatında bildirilib.
“Prezident dünyada iztirabların azaldılması, o cümlədən insan hüquqlarının və dini azadlıqların qorunması istiqamətində gördüyü işlərə görə Papaya minnətdarlığını bildirib”, – mətbuat katibi əlavə edib.
Ağ Ev dekabrın 19-da Baydenin 9-12 yanvar tarixlərində Romaya səfər edəcəyini, İtaliyanın Baş naziri Giorgia Meloni, eləcə də Papa ilə görüşəcəyini açıqlayıb.