“Fələstin administrasiyası Qəzza zolağında döyüşlər başa çatdıqdan sonra ona nəzarət etməli olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan “Fox News”a müsahibəsində deyib.
“Bu ərazini yalnız fələstinlilər idarə etməlidir. HƏMAS hərəkatı Qəzzaya nəzarətdən məhrum edilməlidir”, – nazir əlavə edib.