Ərəb ölkələri İsrailin Suriyanın Qolan təpələrində yaşayış məskənlərini genişləndirmək qərarını pisləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyindən (XİN) məlumat yayılıb.
“Bu qərar bölgədə yeni gərginliyə səbəb olacaq. Bu, işğalın daimi və beynəlxalq xarakter daşıması məqsədi daşıdığını açıq şəkildə birüzə verir. Qolan təpələrinin hüquqi statusunu dəyişdirmək məqsədi daşıyan və Suriyanın təhlükəsizliyini, suverenliyini və sabitliyini təhdid edən bütün fəaliyyətlərə qəti şəkildə qarşıyıq”, – nazirlikdən bildirilib.