“Qazaxıstan Rusiya ilə bütün sahələrdə tamhüquqlu əlaqələri inkişaf etdirməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə deyib.
“Ən əhəmiyyətli vəzifə yüksək səviyyədə əldə edilmiş razılaşmaların tam praktiki şəkildə həyata keçirilməsini təmin etməkdir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putinin birgə səyləri nəticəsində ikitərəfli əməkdaşlığımız keyfiyyətcə yeni səviyyəyə qaldırılıb. Qazaxıstan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir”, – Bektenov qeyd edib.