Xəbərlər

Belarusdakı seçkilərdə Lukaşenko qalib gəlib

“Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində qalib gəlib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

“Lukaşenko 5 milyon 136 min 293 səslə qalib gəlir ki, bu da ümumi səslərin 86,82 faizini təşkil edir”, – Karpenko əlavə edib.