Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyada süqut etmiş Əsəd rejiminin hərbi cinayətlərdə və insan haqları pozuntularında iştirak edən tərəfdarlarının Almaniyaya keçəcəkləri təqdirdə həbs edilərək mühakimə olunacaqlarını bildirib.
“Füyuzat”ın məlumumatına görə, bu barədə Berbok “Bild am Sonntag” qəzetinə verdiyi açıqlamada bildirilib.
“Əsəd tərəfdarlarından hər hansı biri hal-hazırda ölkədən qaçmağı və Almaniyaya gəlməyi düşünürsə, biz onları törətdikləri dəhşətli cinayətlərə görə qanunun gücü qarşısında cavablandıracağıq. Hazırda beynəlxalq təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin mümkün qədər sıx əməkdaşlıq etməsi vacibdir”, – nazir əlavə edib.