Xəbərlər

Birləşmiş Ştatlar Suriyanın bütün müxalif qrupları ilə əlaqə saxladığını bildirib

“Vaşinqton administrasiyası Suriyanın bütün müxalif qrupları ilə vasitəçi strukturlar vasitəsilə əlaqə saxlayır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pier brifinqdə bildirib.

Ağ Evin sözçüsü qeyd edib ki, müxtəlif qrupların liderləri Vaşinqtonun düzgün hesab etdiyi tezisləri bəyan edirlər.

“Ancaq onların hərəkətlərinin sözlərinə tam uyğun olması vacibdir. Bu dəfə təfərrüata varmaq fikrində deyiləm, lakin biz Suriyada müxtəlif qruplar ilə əlaqə saxlayırıq”, – Jan-Pier əlavə edib.