“Vaşinqton administrasiyası Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb.
“Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə hazırlaşır. Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları dərhal azad etməlidir. Qanunsuz güc tətbiqində günahkar olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir”, – Blinken əlavə edib.