Xəbərlər

Blinken: ABŞ İsraili dəstəkləyir, lakin Qəzzada iztirablara son qoymağa çalışır

“ABŞ İsraili dəstəkləyir, eyni zamanda Qəzza xalqının dəhşətli iztirablarına son qoymağa çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Antoni Blinken söyləyib.

“Biz İsraili 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün göstərdiyi səylərdə qətiyyətlə dəstəkləyirik. Lakin eyni zamanda, Qəzzada hər gün gördüyümüz dəhşətli iztirablara son qoymaq üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq”, – o bildirib.

“Qəzza zolağında mülki əhalinin maksimum müdafiəsi və dəstəyi bizim əsas məqsədimizdir. İndi buna son qoymağın ən sürətli yolu atəşkəsə nail olmaq və girovların azad edilməsidir. Buna nail olmaq üçün fövqəladə səylər göstərilib”, – Blinken qeyd edib.