Xəbərlər

Bloomberg: ABŞ müttəfiqləri Trampın Ukrayna müharibəsinə son qoymaq planını gözləyirlər

“ABŞ-ın müttəfiqləri Donald Tramp administrasiyasından gələn həftə Almaniyada keçiriləcək Münxen Təhlükəsizlik Konfransında Ukrayna müharibəsinə son qoymaq üçün çoxdan gözlənilən planı açıqlamasını gözləyirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu “Bloomberg” məsələ ilə bağlı məlumatlı rəsmilərə istinadən bildirib.

Mənbələr qeyd ediblər ki, layihəni müttəfiqlərə Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq təqdim edəcək. Onlar müzakirələrin nə dərəcədə təfərrüatlı olacağını və hansı formatda aparılacağını söyləməkdən imtina ediblər.