“ABŞ Rusiya, İran, Çin və Şimali Koreya arasında əlaqələrin möhkəmlənməsindən narahatdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilib ki, Vaşinqton və onun müttəfiqləri Qərbin sərt sanksiyalarına baxmayaraq, Rusiya, İran, Çin və Şimali Koreyanın dünyada Amerika dominantlığına meydan oxumaq üçün qarşılıqlı əlaqələrini artırdıqları “sürət və intensivlikdən” narahatdırlar.
“ABŞ-ın təsiri çox sürətlə zəifləyir. Yüksələn güclər çoxtərəfli məkanda özlərini təsdiq etmək istəyirlər”, – Keniyanın BMT-dəki keçmiş daimi nümayəndəsi və Nyu York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Martin Kimani agentliyə bildirib.