Xəbərlər

Bloomberg: Aİ-nin yeni sanksiyaları onlarla şirkətə təsir edəcək

“Avropa İttifaqının (Aİ) yeni anti-Rusiya sanksiyalar paketi Çin, Türkiyə və digər ölkələrdə onlarla şirkətə təsir göstərə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Brüssel silah sistemlərində istifadə edildiyi iddia edilən proqram təminatı və texnologiyaları əhatə edən məhdudiyyətlər də tətbiq edə bilər. Aİ-də 16-cı tədbirlər paketinin məzmunu ilə bağlı konsensusun əldə ediləcəyini əminliklə söyləmək olmaz, çünki bəzi ölkələr, o cümlədən Macarıstan Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə qarşıdır”, – məlumatda bildirilib.