“Almaniya qanunvericiləri fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Bundesver üçün təxminən 2,5 milyard avro dəyərində silah və texnika sifarişlərini təsdiq edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, satınalmalara Almaniya Silahlı Qüvvələri üçün 1,8 milyard avro dəyərində yeni rabitə sistemi, 417 milyon avro dəyərində piyada silahları, tank əleyhinə silahlar və təxminən 100 milyon avro dəyərində digər ehtiyaclar daxildir.