Dünyanın ən zəngin 500 adamının ümumi sərvəti ABŞ prezidenti Donald Trampın elan etdiyi rüsumların qlobal bazarları çökdürməsindən sonra 208 milyard dollar azalıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, bu, göstəricilər 13 illik tarix ərzində dördüncü ən böyük bir günlük azalma və COVID-19 pandemiyasından bəri ən böyük eniş olub.
Siyahıdakı milyarderlərin yarıdan çoxunun sərvətlərinin orta hesabla 3,3% azaldığı qeyd edilir.