Son bir neçə gündə 400 minə yaxın fələstinli Qəzza zolağının şimal bölgəsinə qayıdıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Şurasının hesabatında bildirilib.
“Yanvarın 27-də sahil yolunun və Salah əl-Din yolunun açılmasından sonra 375 mindən çox insan cənubdan şimala doğru hərəkət edib”, – məlumatda qeyd edilib.