Xəbərlər

BMT nümayəndələri İsrailə silah satışını dayandırmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Qəzzada istifadə ediləcəyi və beynəlxalq hüququ pozacağı səbəbilə İsrailə silah satışını dərhal dayandırmağa çağırıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT məruzəçiləri tərəfindən yazılı açıqlama verilib.

“İsrailə silah satışı Qəzzada istifadə ediləcəyi və beynəlxalq hüququn pozulacağı əsası ilə dərhal dayandırılmalıdır”, – açıqlamada qeyd edilib.

Açıqlamada Hollandiyadakı apellyasiya məhkəməsinin beynəlxalq humanitar hüququn pozulduğuna görə İsrailə F-35 döyüş təyyarəsi hissələrinin satışını dayandırma qərarının müsbət qarşılandığı ifadə edilib.

2023-cü il oktyabrın 7-dən bu yana 29 mindən çox fələstinlinin öldürüldüyü, 69 mindən çox insanın isə yaralandığı xatırladılan bəyanatda İsrailin dəfələrlə beynəlxalq hüquqa uyğun çağırışlara biganə qaldığına da diqqət çəkilib.