“İyunun 17-dən 20-dək Nyu-Yorkda Səudiyyə Ərəbistanı və Fransanın təşkilatçılığı ilə keçiriləcək BMT konfransında bir çox ölkələr Fələstin dövlətini tanıya bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin BMT-dəki daimi nümayəndəsi və ölkənin İsveçrədəki səfiri İbrahim Xrayşi bildirib.
Daimi Nümayəndəliyin mətbuat xidməti onun sözlərindən sitat gətirib: “Biz Nyu-Yorkda keçiriləcək sülh konfransını səbirsizliklə gözləyirik, burada bir çox ölkələrin Fələstin dövlətini beynəlxalq səviyyədə tanıması gözlənilir”.
Diplomatın sözlərinə görə, bu, iki dövlətli həllin həyata keçirilməsi və Fələstinə BMT-yə tamhüquqlu üzvlüyün verilməsi istiqamətində mühüm addım olacaq.