Xəbərlər

BMT TŞ Hindistan-Pakistan sərhədindəki vəziyyətlə bağlı iclas keçirəcək

“BMT Təhlükəsizlik Şurası (TŞ) Hindistan və Pakistan arasında artan gərginliyə görə mayın 5-i bazar ertəsi qapalı məsləhətləşmələr şəklində toplaşacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Pakistanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

“Pakistan rəsmi olaraq BMT Təhlükəsizlik Şurasında fövqəladə qapalı məsləhətləşmələr tələb edib. Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhməd iclasdan sonra jurnalistlərə açıqlama verəcək”, – məlumatda bildirilib.