Xəbərlər

Boqdanov İsrail səfiri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və İsrailin Rusiyadakı səfiri Simona Qalperin Qəzza zolağındakı vəziyyəti və atəşkəs razılaşmasını müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında yerləşdirilən məlumatda bildirilib.

“Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, Qəzza zolağındakı vəziyyət vurğulanıb. Eyni zamanda, əsas diqqət İsrail və HƏMAS arasında yanvarın 15-də bağlanmış atəşkəs razılaşmasının həyata keçirilməsi və məhbusların mübadiləsi məsələsinə yetirilib”, – məlumatda bildirilib.