Xəbərlər

Boqdanov: Rusiya suriyalılara lazımi yardımı davam etdirməyə hazırdır

“Rusiya Suriya ilə münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda davam edəcəyini gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov “İzvestiya”ya müsahibəsində deyib.

“Suriya ərəb dünyasında və beynəlxalq arenada həmişə Rusiyanın mühüm tərəfdaşı olub. Ölkələrimiz arasında münasibətlər tarixən dostluq xarakteri daşıyıb, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanıb. İnanıram ki, münasibətlər bundan sonra da bərabərhüquqlu və qarşılıqlı faydalı əsaslarla inkişaf edəcək. Suriya Ərəb Respublikası çətin günlərdən keçir. Suriya xalqının ölkədə uzun sürən böhran səbəbindən yaranmış çətinlikləri aradan qaldıracağına ümid edirik. Rusiya Federasiyası bundan sonra da respublikaya bütün lazımi yardımı göstərməyə hazırdır”, – Boqdanov bildirib.