Xəbərlər

Bu gün Od çərşənbəsidir

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir.

“Füyuzat”ın məlumatına görə, od müqəddəsliyin, təmizlik və paklığın nişanəsi sayılır. Qədim inanca görə, od insanı hər cür pisliklərdən, şərdən təmizləyir, xeyirin qələbə çalacağına inamı təmsil edir.

Qədim türklərin adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Eyni zamanda, od türk mədəniyyətində müqəddəslik simvoludur.

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.