Xəbərlər

Caişankar Uolts ilə ikitərəfli tərəfdaşlığı müzakirə edib

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Maykl Uolts ilə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə hindistanlı nazir özü açıqlamasında bildirib.

“Mən onunla işləməyi səbirsizliklə gözləyirəm”, – nazir əlavə edib.

Qeyd edək ki, Hindistanın xarici işlər naziri çərşənbə axşamından etibarən ABŞ-da səfərdədir.