Xəbərlər

Cənubi Koreya lideri Türkmənistan, Qazaxıstan və Özbəkistana səfər edəcək

Koreya Respublikasının Prezidenti Yun Sok Yol iyunun 10-15-də Türkmənistan, Qazaxıstan və Özbəkistanda dövlət səfərində olacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreyanın Prezident Administrasiyası məlumat verib.

“Mərkəzi Asiya qədim İpək Yolunun əsas hissəsi, Avropa ilə Asiyanı birləşdirən strateji məkan olub”, – Yun Sok Yol deyib.

Onun sözlərinə görə, Ukrayna və Yaxın Şərqdəki vəziyyət kimi çoxsaylı böhranlar fonunda regionun əhəmiyyəti artır.

Qeyd edilib ki, səfər zamanı Cənubi Koreya Prezidentini xanımı da müşayiət edəcək.