“Koreya yarımadası sülh yolu ilə birləşməyə çalışmalıdır, Cənub və Şimal öz milli icmalarını qoruyub saxlasalar, yüzillər sonra birləşə bilərlər”.
“Füyuzat”ın məlumatına görə, bunu Koreya Respublikasının Prezidenti Li Çje Myon deyib.
“Konstitusiyamızda deyilir: biz qalib gəlməyə yox, dinc birləşməyə çalışırıq. Kim qalibiyyət istəyər? Qələbə qazanmaq cəhdi böyük itkilərə səbəb ola bilər. Mümkün olduqda, biz bir-birimizin varlığını etiraf etməli və qarşılıqlı faydalı bir yol tutmalıyıq. 1953-cü il müharibəsindən artıq 80 il keçir. Tarixi nöqteyi-nəzərdən bu, uzaq tarix deyil. İndi biz tədricən homojenliyi bərpa etsək, bir neçə yüz ildən sonra da birləşə bilərik”, – prezident əlavə edib.