Xəbərlər

Cənubi Koreyada hərbi vəziyyət elan edilib

️Cənubi Koreya prezidenti Yun Seok Yeol gecə saatlarında ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hərbi vəziyyət “Şimali Koreyanın ölkənin daxili işlərinə qarışmasının qarşısını almaq və konstitusiya nizamını bərpa etmək üçün” tətbiq edilib.

Qeyd edilib ki, Respublika Müdafiə Nazirliyi əsas komandirlərin iclasını keçirməyi əmr edib və sayıqlığı artırmağa çağırıb.