Xəbərlər

Cənubi Koreyanın keçmiş prezidenti impiçment hökmü üçün məhkəməyə gəlməyəcək

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sek Yeol impiçment prosesi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarının elanına qatılmamaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə dövlət başçısının vəkilləri məlumat verib.

“Prezident insanların toplaşması ilə bağlı narahatlıqları və asayişin qorunması, həmçinin prezidentin müdafiəsi ilə bağlı məsələləri nəzərə alaraq, hökmün elan olunduğu gün, yəni sabah impiçment prosesində iştirak etməmək qərarına gəlib”, – məlumatda bildirilib.

Qeyd edək ki, parlament ötən il dekabrın 14-də ona qarşı impiçment elan edib.