Xəbərlər

Cənubi Koreyanın müxalifət partiyasının lideri istefa verib

Aparıcı müxalif Toburo Partiyasının sədri Li Çje Myunq Cənubi Koreyada iyunun 3-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün partiya liderliyindən istefa verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

“Üç ildir partiyaya rəhbərlik edə bildiyimə və müəyyən nəticələr əldə edə bildiyimə görə mənə dəstək olan hər kəsə minnətdaram. Hazırda mən özümü kədərli hiss etmirəm, çünki tezliklə yeni bir mərhələyə başlayacağıma inanıram”, – o qeyd edib.