“2025-ci ildə Çin hakimiyyəti digər ölkələrə qarşı açıqlıq siyasətini davam etdirəcək və xarici ticarətdə rüsumlar sistemini optimallaşdıracaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Maliyyə Nazirliyi məlumat yayıb.
“Xarici dünyaya açıqlığı yüksək səviyyədə saxlamaq, ixrac və idxalla bağlı rüsumları və digər fiskal siyasət tədbirlərini optimallaşdırmaq, “Bir kəmər, bir yol” layihələrində iştirak edən ölkələrlə əməkdaşlığı dərinləşdirmək lazımdır”, – nazirlikdən bildirilib.