Xəbərlər

Çin ABŞ-dan Ukrayna böhranının günahını onun üzərinə atmağı dayandırmağı tələb edib

“Birləşmiş Ştatlar Ukrayna böhranının günahını Çinin üzərinə atmağı dayandırmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər nazirinin müavini Ma Caosyü söyləyib.

“Birləşmiş Ştatlar əsassız olaraq Çini ləkələməyi, günahı onun üzərinə atmağı dayandırmalı, həmçinin Çin və Rusiya arasında normal ticarət və iqtisadi mübadilələrə mane olmağı dayandırmalıdır”, – o bildirib.

Ma Caosyü qeyd edib ki, Çin qeyri-qanuni birtərəfli sanksiyaların hər hansı bir ayrı-seçkilik olmadan tətbiqinə qəti şəkildə qarşı çıxır və onun fiziki və hüquqi şəxslərinin qanuni hüquq və mənafelərini qətiyyətlə qoruyacaq.