Çin Tayvana silah tədarükünə görə ABŞ-ın hərbi sənaye kompleksini təmsil edən 13 şirkətə, eləcə də bu müəssisələrin 6 menecerinə qarşı sanksiya tətbiq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Məhdudiyyətlər 5 dekabr 2024-cü ildə qüvvəyə minir. Sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslərin aktivləri dondurulur və onlarla iş aparılması qadağan edilir. Məhdudiyyətlərə məruz qalan liderlərin Çinə girişi qadağandır”, – nazirliyin məlumatında bildirilib.