Xəbərlər

Çin: ABŞ tariflərin özünə və dünyaya mənfi təsirini etiraf etməlidir

“Vaşinqton etiraf etməlidir ki, onun tarif siyasəti həm özünə, həm də qlobal iqtisadiyyata zərbə vurur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Ticarət Nazirliyi İsveçrədə Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Hi Lifenq və ABŞ-ın maliyyə naziri Skot Bessent arasında apardığı danışıqları şərh edərkən bildirib.

“Köhnə bir Çin məsəli var: “İnsanların dediklərinə qulaq as, ancaq nə etdiklərinə bax”. Əgər ABŞ bu məsələni danışıqlar yolu ilə həll etmək istəyirsə, birtərəfli tarif tədbirlərinin özünə və dünyaya ciddi mənfi təsirini etiraf etməli, beynəlxalq iqtisadi və ticarət qaydalarını tanımalıdır”, – nazirlikdən bildirilib.