Xəbərlər

Çin Aİ-nin Rusiyaya qarşı sanksiyalarına etiraz edib

Çin hakimiyyəti Avropa İttifaqının (Aİ) Çin şirkətlərinin də daxil olduğu 17-ci anti-Rusiya sanksiyaları paketi ilə bağlı etirazını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Pekin həmişə beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurasının təsdiqini almayan birtərəfli sanksiyaların əleyhinə olub. Ukrayna böhranına gəlincə, Çin həmişə sülh yolu ilə nizamlanma və danışıqlara kömək etmək üçün səy göstərib. Pekin heç vaxt münaqişə tərəflərini öldürücü silahlarla təmin etməyib, əksinə ikili təyinatlı malların ixracına ciddi nəzarət edib. Avropa İttifaqı və ABŞ daxil olmaqla əksər ölkələr Rusiya ilə ticarətə davam edir. Çin və Rusiya müəssisələri arasında normal qarşılıqlı əlaqə və əməkdaşlıq müdaxiləyə dözmür. Bu əməkdaşlıq heç kimin təsirinə məruz qalmayacaq və qalmamalıdır”, – Ninq əlavə edib.