“Çin həmişə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxıb”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian Kanadanın bir sıra Çin şirkətlərinə qarşı Rusiya Federasiyası ilə müdafiə sahəsində əməkdaşlıq etdiyi iddiasına görə məhdudiyyətlər tətbiq etməsini şərh edərkən bildirib.
Lin Cian məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “Çin həmişə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməyən və beynəlxalq hüquqda heç bir əsası olmayan birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxıb”.