Xəbərlər

Çin döyüş hazırlığını artırır

“Çin hökuməti döyüş hazırlığının gücləndirilməsinə və Çin Xalq Azadlıq Ordusunun döyüş gücünün sürətləndirilmiş inkişafına kömək etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin hökumətinin 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının açılışında yayılan hesabatda bildirilib.

“Son bir il ərzində biz milli müdafiə və Silahlı Qüvvələrin quruculuğu sahəsində yeni mühüm irəliləyişlərə nail olmuşuq. Hərbi hazırlığı və döyüş hazırlığını hərtərəfli gücləndirməli, yeni keyfiyyətli döyüş gücünün inkişafını sürətləndirməli, milli xüsusiyyətlərə malik müasir hərbi nəzəriyyə sistemini formalaşdırmalı, ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişafını qətiyyətlə qorumalıyıq”, – məlumaatda bildirilib.