Xəbərlər

Çin İranın nüvə probleminin həllində Rusiyanı dəstəkləyib

“Çin Rusiyanın İranın nüvə probleminin həlli üçün üçtərəfli Rusiya-Çin-İran görüşünün təşkili səylərini dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian brifinqdə deyib.

“Çin Rusiyanın üçtərəfli ekspert məsləhətləşmələrinin keçirilməsi barədə təklifini dəstəkləyir. Çin İranın nüvə probleminin diplomatik yolla həlli üçün əlavə səylər göstərəcək”, – nümayəndə əlavə edib.