Xəbərlər

Çin MN: Pekin NATO-nun Asiyaya doğru irəliləməsindən narahatdır

Çin hərbi komandanlığının nümayəndələri NATO nümayəndə heyəti ilə alyansın Asiya-Sakit okean regionunda fəaliyyətinin inkişafı ilə bağlı danışıqlardan narahatdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirib.

“Çin narahatlığını ifadə etdi, NATO-nun Asiya-Sakit okean regionunda şərqə doğru genişlənməsi və Tayvan məsələsi ilə bağlı mövqelərini aydınlaşdırdı”, – Vu Qian söyləyib.

O qeyd edib ki, görüş zamanı Çin və NATO-nun hərbi komandanlığının nümayəndələri beynəlxalq və regional vəziyyət, Çin və NATO arasında müdafiə mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.