Xəbərlər

Çin öz maraqlarını nəzərə alaraq ABŞ-la təmasları təmin edəcək

“Çin öz maraqlarını nəzərə alaraq Çin Xalq Respublikası (ÇXR) və ABŞ-ın yüksək səviyyəli nümayəndələri arasında təmasları təmin etməyə çalışacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib.

“Çin öz maraqlarını qətiyyətlə müdafiə edəcək. ÇXR və ABŞ-ın yüksək rütbəli rəsmiləri arasında əlaqələr saxlamaq lazımdır”, – Jiakun bildirib.