Xəbərlər

Çin: Qəzzada sülh sazişi üçün danışıqlara qayıtmağa ümid edirik

“Çin İsrail və Fələstinin atəşkəs razılaşmasına qayıtmasına ümid edir, gərginliyin daha da artmasına yol verməməyə çağırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq brifinqdə bildirib.

“Çin İsrail və Fələstindəki vəziyyətdən son dərəcə narahatdır və ümid edir ki, tərəflər atəşkəs razılaşmasının davamlı şəkildə həyata keçirilməsini effektiv şəkildə dəstəkləməyə və mövcud vəziyyətin gərginləşməsinə, həmçinin daha böyük humanitar fəlakətə gətirib çıxara biləcək hər hansı hərəkətlərdən çəkinməyə davam edəcəklər”, – Mao Ninq qeyd edib.