“ABŞ-da süni intellektin (AI) nəzarətsiz inkişafı faciəli nəticələrə gətirib çıxarır və bu, bütün bəşəriyyət üçün fəlakətə çevrilə bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin Rusiyadakı səfiri Çjan Xanhui bildirib.
“ABŞ-da nə baş verir? Orada süni intellektin inkişafı kapitalın maraqları ilə müəyyən edilir. ABŞ öz üstünlüyünü saxlamaq üçün süni intellekt-informasiyanı nəzarətsiz qoyub ki, bu da faciəvi nəticələrə gətirib çıxarır. 2024-cü ildən bəri Amerika şirkətləri tərəfindən yeniyetmələri intihara sövq edən “chatbot”lara tez-tez rast gəlinir. 2025-ci ilin əvvəlində Las-Veqasda ChatGPT-dən istifadə etməklə səfəri planlaşdırılan ilk elektrik yük maşınının partlaması xəbəri dünyanı şoka saldı. Bu hadisə açıq-aydın nümayiş etdirir ki, texnologiyanın nəzarətsiz inkişafı sivilizasiya üçün problemə çevrilə bilər”, – səfir qeyd edib.