“Çin hakimiyyəti süni intellekt (AI) sahəsində beynəlxalq əməkdaşlığı dəstəkləyir və müvafiq elmi-texniki məsələlərin siyasiləşdirilməsini qəbuledilməz hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun deyib.
“Biz inkişaf etməkdə olan ölkələrə müvafiq potensiallarını gücləndirməyə kömək edərək, süni inklüziv inkişafı fəal şəkildə təşviq edirik. Eyni zamanda ideologiya, milli təhlükəsizlik, iqtisadi və siyasi məsələlərə əsaslanan sərhədlərin aşılmasına qarşıyıq”, – o qeyd edib.