Xəbərlər

Çin Tibetində zəlzələ baş verib, 53 nəfər ölüb

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Yanvarın 7-də səhər saatlarına olan məlumata görə, Şiqatse şəhərinin Tinqri mahalında baş vermiş zəlzələ nəticəsində 53 nəfər ölüb, daha 62 nəfər isə yaralanıb”, – məlumatda bildirilib.