Xəbərlər

Çin: Ticarət müharibəsində ABŞ-ı sakitləşdirmək sülh gətirə bilməz

“Prinsipial mövqelərə sadiq qalmaq ABŞ-la ticarət müharibəsində öz maraqlarını qorumaq üçün yeganə etibarlı yoldur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Ticarət Nazirliyi məlumat yayıb.

“Bəzi ölkələr ABŞ-la danışıqlar aparır, lakin qeyd etmək lazımdır ki,
sakitləşdirmə sülh gətirə və kompromis hörmətə nail ola bilməz.
Prinsipial mövqelərə və ədalətə sadiqlik öz maraqlarını qorumaq üçün yeganə doğru yoldur”, – məlumatda qeyd olunub.