“Çin hakimiyyəti Ukraynadakı münaqişənin iştirakçılarının təmkinli olacağına və onun siyasi həllinə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian Rusiyada nüvə sınaqlarının bərpası perspektivini şərh edərkən deyib.
“Biz ümid edirik ki, münaqişədə iştirak edən tərəflər sakit və təmkinli olacaqlar, dialoq və məsləhətləşmələr yolu ilə Ukrayna böhranının siyasi yolla həlli üçün səy göstərəcəklər”, – nümayəndə əlavə edib.