Xəbərlər

Çin: Ukraynada sülhün əldə edilməsini dəstəkləyirik

“Çin Ukraynada sülhün bərqərar olmasına yönəlmiş istənilən səyləri dəstəkləyir və mövcud böhranın uzunmüddətli və ədalətli siyasi həllinə ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Li Cian Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə danışıqlar təklifini şərh edərkən deyib.

“Çin sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, sülhdə maraqlı olan bütün tərəflər dialoq və danışıqlar yolu ilə ədalətli, davamlı və effektiv siyasi nizamlanmaya nail olmaq üçün səylərini davam etdirəcəklər”, – nümayəndə əlavə edib.