“Çin nə Rusiyaya, nə də Ukraynaya silah verir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Müdafiə Nazirliyinin rəhbəri Donq Cun Pentaqonun rəhbəri Lloyd Ostin ilə Sinqapur təhlükəsizlik forumunda Şanqri-La Dialoqu çərçivəsində danışıqlar zamanı deyib.
“Biz öhdəliklərimizə əməl edirik və münaqişə tərəflərini silahla təmin etmirik. Həmçinin biz qanunlara və qaydalara uyğun olaraq ikili təyinatlı malların ixracına ciddi nəzarət edirik”, – o bildirib.
Donq Cun Ostinə Çinin sülh danışıqlarında irəliləməyə davam edəcəyini söyləyib. Nazir əlavə edib ki, Pekin Vaşinqtonun münaqişədə Çini günahlandırması cəhdlərinə qəti şəkildə qarşı çıxıb.