“Xarici müdaxilə Çinin Tayvanla yenidən birləşməyə nail olmaq əzminə təsir etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Çen Binhua Amerikanın “Abrams” tanklarının Tayvana tədarükünə münasibət bildirərkən deyib.
“Tayvanın müstəqilliyi tərəfdarlarının separatçı hərəkətləri və xarici müdaxilələr Tayvan problemini həll etmək və birləşməyə nail olmaq əzmimizi və iradəmizi sarsıda, vətənin yenidən birləşməsinin tarixi tendensiyasını dayandıra bilməyəcək”, – Çen Binhua bildirib.